Kürdəmirdə bir nəfər Kürdə batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə, Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
DiasporPress.az