Ölkə

Kür çayındakı kritik vəziyyət Neftçalanı susuz qoydu

Kür çayındakı kritik vəziyyət Neftçalanı susuz qoydubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kür çayında suyun səviyyəsinin kritik həddə enməsi və ekoloji təhlükənin yaranacağı barədə dəfələrlə həyəcan siqnalı vermişdik. Vaxtında qabaqlayıcı tədbirlər görülmədiyindən nəhayət bu təhlükə də baş verdi.

DiasporPress.az xəbər verir ki, çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə qarışdı. Bu, özünü daha çox çayın aşağı axınında Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərir.

İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbələrinin, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. Bununla bağlı rayon icra hakimiyyətində operativ qərərgah yaradılıb.

Yaranmış problemin aradan qaldırılması üçün “Azərsu” ASC-tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı su maşınları göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunur.

Rayonun sözügedən yaşayış məntəqələrində də vəziyyət təhlükəli həddə çatıb. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil. Rayonda vəziyyət nəzarətə götürülsə də, gərgin olaraq qalır. Məlumata görə, Mingəçevir su anbarından buraxılan suyun həcminin artırılması ilə vəziyyətin aradan qaldırılacağı gözlənilir.

 

DiasporPress.az