Dünya

Kreml: Hələlik Rusiyanın sərhədləri əcnəbilər üçün açılmayacaq

Kreml: Hələlik Rusiyanın sərhədləri əcnəbilər üçün açılmayacaqbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hələ ki, sərhədlərini xarici dövlətlər üçün açmağı planlaşdırmır.

TASS bu barədə Kremlin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Məhdudiyyətlərin koronavirus pandemiyası səbəbindən tətbiq edildiyi bildirilir. Turistlər səyahət tarixini dəyişir. Reallaşmayan səfərlərin pulları geri qaytarılır. Başqa ölkələrdə qalan vətəndaşlar mütəmadi olaraq təxliyyə edilir.

“Hələlik sərhədlərin əcnəbilər üçün açılması ilə bağlı hər hansı qərar verilməyib. Rusiyada mövcud olan bağlı sərhəd rejimi rəsmi nümayəndələrə, o cümlədən, Qələbə Günü nümayişində iştirak etmək üçün gələnlərə şamil edilmir”, – deyə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Rusiyada koronavirus pandemiyası səbəbindən Qələbə paradı iyunun 24-nə keçirilib.

 

DiasporPress.az