Ölkə

Koronavirusla bağlı SON STATİSTİKA

Koronavirusla bağlı SON STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada 7 199 546 nəfərdə koronavirus aşkar edilib.

Virusa yoluxan 408 737 nəfər ölüb, 3 536 686 nəfər sağalıb.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma müvafiq olaraq ABŞ (2 026 493 nəfər), Braziliya (710 887 nəfər), Rusiyada (476 658 nəfər) müşahidə edilir.

Koronavirusdan ən çox ölüm hallarına görə, ilk sıralarda ABŞ (113 055 nəfər), Böyük Britaniya (40 597 nəfər), Braziliyadır (37 312 nəfər).

Virusun ilk yayıldığı və vaxtilə yoluxma sayına görə, ön sıralarda olan Çin ilk onluğa daxil deyil. Bu ölkə 83 040 yoluxma sayı ilə 18-ci yerdə qərarlaşır.

Sərhəd qonşularımız İran 173 832 virusa yoluxma sayı ilə 10-cu, Türkiyə isə 171 121 yoluxma ilə ölkələr arasında 12-cidir.

Ermənistanda 13 325, Gürcüstanda 812 yoluxma qeydə alınır.

Azərbaycanda koronavirus bu zamana qədər 7876 nəfərdə aşkar edilib. Virusa yoluxanların 93-ü vəfat edib, 4377-si sağalıb.

 

DiasporPress.az