Ölkə

Koronavirus xəstələri üçün ilk preparatın istifadəsinə başlanılır

Koronavirus xəstələri üçün ilk preparatın istifadəsinə başlanılırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya hakimiyyəti Ebola qızdırması əleyhinə hazırlanmış “Remdesivir” preparatının koronavirus diaqnozu qoyulmuş xəstələrin müalicəsi üçün istifadəsinə icazə vermək niyyətindədir.

REN TV-nin məlumatına görə, bu barədə Yaponiya İctimai televiziyası xəbər yayıb.

Lazımi prosedurlar uğurla başa çatdırıldıqdan sonra “Remdesivir” COVID-19 xəstələrinin müalicəsi üçün təsdiqlənən ilk dərman olacaq.

Daha əvvəl Donald Tramp ABŞ-ın tibb sahəsinin tənzimləyicisi FDA-nın koronavirusa qarşı “Remdesivir” preparatından istifadə təklifini bəyənib.

Preparatı ABŞ-ın “Gilead Sciences” bioəczaçılıq şirkəti istehsal edir. May ayında mütəxəssislər COVID-19-a yoluxan xəstələrdə dərmanın klinik sınaqlarını başa çatdırmaq niyyətindədir.

Yaponiyada koronavirus infeksiyası hallarının sayı 14 305-dir. Virusa yoluxanlardan 2 975 nəfəri sağalıb, 455-i isə ölüb.

 

OnlinePres.az