Koronavirus dövründə “Instagram”da ən çox pul qazanan futbolçular

Koronavirus dövründə “Instagram”da ən çox pul qazanan futbolçularbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası dövründə məşhur futbolçuların “Instagram” sosial şəbəkəsindən əldə etdikləri qazancın məbləği məlum olub.

“Daily Mail” yazır ki, üç məşhur futbolçu – Kriştianu Ronaldu, Lionel Messi və Neymar 12 mart – 14 may tarixlərində “Instagram” vasitəsilə bir milyon avrodan çox pul qazanıblar.

Adları qeyd olunan futbolçuların hər biri iki ay ərzində sosial şəbəkə hesabında dörd reklam postu paylaşıb.

Sözügedən vaxt ərzində sosial şəbəkədə reklam yerləşdirməklə əldə edilən ən yüksək qazanc Ronalduya (151 milyon izləyici) məxsusdur – 2,1 milyon avro.

İkinci sırada 1,4 milyon avro gəlirlə argentinalı Lionel Messi (138 milyon izləyici) gəlir.

Üçüncü sırada reklamdan 1,3 milyon avro qazanmış braziliyalı hücumçu Neymar (138 milyon izləyici) qərar tutub.

 

DiasporPress.az