Kolumbiyada yeddi əsgərin 13 yaşlı qıza təcavüz etməsi ölkəni ayağa qaldırıb.
“HaberGlobal” məlumat verir ki, bu hadisə qadınlara qarşı təcavüz məsələsini yenidən gündəmə gətirib.
13 yaşlı qıza dəstək məqsədilə qadınlar Boqotada hərbi bazanın qarşısında etiraz aksiyası keçiriblər. Onlar təcavüzkarların cəzasız qalmamalarını tələb ediblər.
18-22 yaşlı əsgərlərin 30 ilə qədər həbs ediləcəyi gözlənilir.
DiasporPress.az