“Bir həftə olar ki, karantindən çıxmışam. Hazırda İstanbulda evdə qalıram”.
Bunu “Survivor” yarışmasının azərbaycanlı iştirakçısı, kikboksinq üzrə dünya çempionumuz Pərviz Abdullayev deyib.
Dominikan Respublikasındakı yarışmanı tərk edənlərlə birgə ötən ayın ortalarında Türkiyəyə gələn “Kobra” Pərviz Abdullayev əvvəl karantin rejimində qalsa da, evə vaxtından tez buraxılıb:
“Cəmi bir həftə karantin rejimində oldum. Hazırda İstanbulda evdə qalıram”.
O, Bakıya gəlməsi ilə bağlı bunları deyib:
“Ayın 10-na bilet bron etmişəm. Amma ola bilər ki, bu gün də təyyarə olsun. Gözləmə mövqeyindəyəm”.
DiasporPress.az