Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.
İpoteka və Kredit Zəmanət Fondundan “Qafqazinfo”ya bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir.
Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.
DiasporPress.az