Koronavirus pandemiyası səbəbindən daha bir kino tədbiri ləğv edilib.
DiasporPress.az xəbər verir ki, Kann kinofestivalından sonra Moskva Beynəlxalq Film Festivalının təşkilatçıları iyunun 7-dən 14-dək keçirilməsi planlaşdırılan “Kinotavr” festivalının da təxirə düşdüyünü açıqlayıb.
Təşkilatçılar qərarı rəsmi “Instagram” hesablarında elan ediblər.
Sözügedən tədbirin 2020-ci ilin payızında – sentyabr və ya oktyabr ayında keçiriləcəyi planlaşdırılır.
DiasporPress.az