“Bu gün heç kimə ağız açmaram. Müğənnilər arasında dostum olsa da, onlardan pul istəmərəm”.
DiasporPress.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “ATV Maqazin 10larla” proqramında deyib.
Açıqlamaları ilə şou-biznesi alt-üst edən sənətçi maddi sıxıntı yaşayanda həmkarlarına deyil, bankir bacanağına ağız açdığını dilə gətirib:
“Qohumlarım içində ən kasıb mənəm. Bacanaqlarımdan biri qızıl biznesi, digəri isə avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğuldur. Bir bacanağımı isə bankir adlandırıram.
Maddi sıxıntılarım olanda ona zəng vururam. Deyir ki, seyfin kodunu bilirsən, aç, sənə nə qədər lazımdırsa, götür. Allah bacanaqlarımın canlarına dəyməsin”.