Mayın 1-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Saat 17:50 radələrində “İkarus” markalı avtobus 1973-cü il təvəllüdlü Yardımlı rayon sakini Sabirə Baxışovanı vurub.
Qadın aldığı xəsarətlərdən ölüb.
Araşdırma zamanı nəqliyyat vasitəsini əvvəllər məhkum olunmuş, 1972-ci il təvəllüdlü Bakı şəhər sakini İlqar Quliyevin idarə etdiyi məlum olub. Onun etibarnaməsi və müvafiq kateqoriyalı D sürücülük vəsiqəsi olmayıb. Həmin şəxs tutulub.
Polis qəzanın təfərrüatlarını araşdırır.
DiasporPress.az