Karantin rejimini pozan 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, aprelin 8-i saat 00:00-dan 24 saat ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1445 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Aprelin 1-dən bu günədək respublikanın, o cümlədən, paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 9959 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
DiasporPress.az