Ölkə

Karantin rejimini pozan 1822 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildi

21 aprel saat 00:00-dan 22 aprel saat 00:00-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1822 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Karantin rejimini pozan 1822 hərəkət iştirakçısı məsuliyyətə cəlb edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə, 21 aprel saat 00:00-dan 22 aprel saat 00:00-dək respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1822 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilir ki, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə, 35 156 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

 

DiasporPress.az