Hər ikisi də 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliklərini irəli sürən Qarabağ qazisi Kamil Musavi ilə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qalmaqal yaşanıb.
DiasporPress.az Oxu24.com-a istinadən xəbər verir ki, sakinlər içində üz-üzə gələn namizədlər aqressivlik nümayiş etdiriblər. Daha sonra isə ətrafdan fit səsləri yüksəlib, onlar bir-birindən uzaqlaşıblar.
Deputatlığa namizəd Kamil Musəvi insanların qarşısında müraciəti zamanı qeyri-etik ifadələrə yol verib.
“Adam kimi başa düşənləri başa düşəcəyi dildə başa salacağıq. Heç kim qorxmasın!Qorxmayın, blət”, ifadəsini işlədib.
Qeyd olunan ifadə tənqid olunub.
Həmin vidoenu təqdim edirik:
Hadisəyə polis də müdaxilə edib.