İtaliyalı futbolçuya Azərbaycan nəhənglərindən təklif

İtaliyalı futbolçuya Azərbaycan nəhənglərindən təklifbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buxarest “Dinamo”sunun italiyalı futbolçusu Dieqo Fabbrini Azərbaycanda oynaya bilər.

DiasporPress.az xəbər verir ki, 29 yaşlı oyunçunun meneceri Florin Manya Rumıniya mətbuatına açıqlamasında bu barədə danışıb.

O bildirib ki, Azərbaycan təmsilçiləri “Qarabağ” və “Neftçi” hələ ötən ilin dekabrında Fabbrini ilə maraqlanıb. Menecerin sözlərinə görə, hazırda futbolçunun xidmətində ən çox maraqlı olan klub Buxarestin digər təmsilçisi “Rapid”dir:

“Fabbrininin “Dinamo”da aylıq maaşı 16,5 min avrodur. Ancaq o, məvacibini vaxtında ala bilmir. Bu səbəbdən oyunçu özü də “Rapid”ə keçməyi düşünür”.

Qeyd edək ki, Dieqo Fabbrini karyerası ərzində vətənində “Udineze”, “Palermo”, İngiltərədə “Uotford”, “Birmingem”, “Midlsbro”, İspaniyada “Ovyedo” kimi klubların şərəfini qoruyub. O, 2012-ci ildə Mario Balotellinin yerinə İtaliya millisinin heyətinə çağırılıb və İngiltərə ilə yoldaşlıq matçında meydana çıxıb.

 

DiasporPress.az