Dünya

İtaliyadan gözlənilməz qərar: Açılış tarixləri əvvələ çəkildi

İtaliyadan gözlənilməz qərar: Açılış tarixləri əvvələ çəkildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya hökuməti koronavirus pandemiyasına qarşı sərt tədbirlərin yumşaldılması çərçivəsində restoran, bar, kafe və bərbərxanaların açılışını iyunun 1-dən mayın 18-nə geri çəkilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə ANSA xəbər yayıb.

Bildirilir ki, Baş nazir Cüzeppe Konti, Səhiyyə naziri Roberto Speranza, Regional İşlər naziri Françesko Bossa bölgə rəhbərləri ilə videokonfrans keçirib. İclas zamanı ticarət və iaşə obyektlərinin yenidən fəaliyyətə başlaması barədə razılıq əldə edilib.

Avropada COVID-19 epidemiyasından ilk və ən çox təsir görən ölkələrdən olan İtaliyada bu günə qədər 30739 nəfər həyatını itirib.

 

DiasporPress.az