İtaliyada həbsxanalarda koronavirusla bağlı baş vermiş etirazlarda 12 məhbus ölüb.
“Haber Global”ın xəbərinə görə, 20-yə yaxın həbsxanada etirazlar üsyanla nəticələnib.
Eyni zamanda, Foggiyada yerləşən həbsxanadan 77 nəfər məhbusun qaçdığı bildirilib.
Onların bir hissəsinin tutulduğu, 20 nəfərin isə axtarıldığı qeyd edilir.
Xatırladaq ki, martın 8-də İtaliyada dörd həbsxanada məhbusların üsyan qaldırdığı barədə xəbər yayılmışdı. Buna səbəb hökumətin 8-22 mart tarixlərində koronavirusla bağlı məhbusların qohumları ilə görüşünə icazə verməməsi olub.
DiasporPress.az