Ötən gün İtaliyada 19 martdan indiyə qədər koronavirusdan ən az ölüm halı qeydə alınıb.
“The Local” xəbər verir ki, bunu ölkənin Mülki müdafiə departamentinin rəhbəri Ancelo Borelli bəyan edib.
Onun verdiyi məlumata əsasən, ötən gün İtaliyada 431 nəfər koronavirusun qurbanı olub, daha 1984 nəfər isə xəstəliyə yoluxub.
“100 mindən çox insan müalicəsini davam etdirir. Xəstəxanalarda vəziyyət tədricən düzəlməyə başlayır”, – deyə Borelli əlavə edib.
Xatırladaq ki, martın 19 İtaliyada koronavirusdan 427 ölüm faktı qeydə alınmışdı.
DiasporPress.az