İtaliyanın Ferrara şəhərinin və ətraf ərazilərin sakinlərində koronavirusa qarşı immunitet aşkar edilib.
“La Nuova Ferrara” xəbər verir ki, bu bölgədə inanılmaz dərəcədə az insan koronavirusa yoluxub.
Qonşuluqda yerləşən Emiliya-Romanya bölgəsində 14 mindən çox insan koronavirusa yoluxduğu halda, Ferrarada bu göstərici 307-ə bərabərdir.
Bu məlumatı Mülki müdafiə xidmətinin komissarı Serco Venturi təsdiq edib.
“Ola bilsin ki, məsələ malyariya və ya bu bölgədə yayqın olan talassemiya xəstəliyi ilə bağlıdır”, – deyə S.Venturi vurğulayıb.
DiasporPress.az