İsrailin Səhiyyə naziri Yaakov Litzman koronavirusa yoluxub.
Bu barədə “Jerusalem Times” nəşri xəbər yayıb.
İsrail Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib ki, Y.Litzman və həyat yoldaşı COVID-19 infeksiyasına yoluxub.
Hazırda hər iki şəxs karantinə yerləşdirilib. Nazir öz səlahiyyətlərini evindən icra edəcək.
İsrail rəsmilərinin məlumatına əsasən, ölkədə 6092 nəfər koronavirusa yoluxub, 26 xəstə virusun qurbanı olub.
DiasporPress.az