İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın hava sərhədlərini pozub.
Bu barədə Livan Milli İnformasiya Agentliyi məlumat yayıb.
Agentlik xəbər verir ki, İsrailin döyüş təyyarələri Livanın paytaxtı Beyrutun səmasında görünüb.
Xatırladaq ki, Livan hökuməti dəfələrlə ölkənin hava məkanını pozan İsrail təyyarələri haqqında BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib.
DiasporPress.az