İsrail hökuməti narkotik bitki olan, tibbi məqsədlər üçün istifadə edilən marixuananın ixracı ilə bağlı yekun qərarını açıqlayıb.
“The Times of İsrael” nəşri yazır ki, qərara əsasən, marixuananın digər ölkələrə satılmasına icazə verilib.
Narkotik bitki ixracının ölkəyə yüz milyonlarla dollar gəlir gətirəcəyi gözlənilir.
Sərəncam İsrail İqtisadiyyat və Sənaye naziri Eli Koen tərəfindən imzalanıb.
Hazırda İsraildə marixuana becərilməsi ilə məşğul olan azı səkkiz şirkət mövcuddur.
Məlumat üçün qeyd edək ki, İsraildə marixuananın tibbi məqsədlər üçün istifadəsi 2017-ci ildən leqallaşdırılıb.
DiasporPress.az