Sərhədlər bağlı olduğu üçün Azərbaycanda qalmış İsrail vətəndaşlarının bəziləri ölkələrinə yola salınıb.
DiasporPress.az-ın xəbərinə görə, vətəninə qayıdanlar arasında “Sumqayıt” klubunun israilli futbolçusu Əmir Ağayev də var.
Bu barədə saytımıza “Sumqayıt”ın prezidenti Riad Rəfiyev məlumat verib. Ə.Ağayev və digər İsrail vətəndaşları bu gün təşkil olunan xüsusi reysli təyyarə ilə yola salınıb.
Qeyd edək ki, aviareys İsrail hökuməti tərəfindən təşkil olunub.