İsrailin Misirdəki yeni səfiri Amira Oron olacaq. O, bu vəzifəni həyata keçirəcək ilk qadındır.
“RİA Novosti” xəbər verir ki, ölkə hökuməti sözügedən təyinatı iyunun 7-də təsdiqləyib.
Oronun Misirdə səfir təyin olunması məsələsi hələ 2018-ci ildə gündəmə gəlmişdi. Lakin o zaman hökumət bu təyinatı məqsədəuyğun hesab etməmişdi. Maraqlıdır ki, bu vaxt ərzində İsrailin Misir elçisi postu vakant qalıb.
Mənbə bildirir ki, A.Oron İsrailin ərəb ölkələrinə təyin etdiyi ikinci qadın səfirdir. Bundan əvvəl İordaniyadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə Eynat Şlayn təyin olunmuşdu.
A.Oron 1991-ci ildən İsrail XİN strukturlarında çalışır. Əvvəllər ölkənin Misirdəki səfirliyində işləyib, həmçinin, İsrailin Türkiyədəki müvəqqəti işlər vəkili olub.
DiasporPress.az