İspaniyada koronavirusdan bir gündə 528 nəfər ölüb.
“İnterfaks” xəbər verir ki, bu, martın 24-dən bəri ən aşağı göstəricidir.
COVID-19-dan ölkədə, ümumilikdə, 13 169 nəfərin öldüyü, 40 437 xəstənin sağalaraq evlərinə göndərildiyi bildirilir.
Gün ərzində ölkədə virusa 3 386 yoluxma faktı aşkar edilib.
Bununla da, yoluxanların ümumi sayı 135 032 nəfərə çatıb.
“Pandemiyanın yayılması, demək olar ki, bütün bölgələrdə azalır”, – deyə, təcili tibbi yardım koordinasiya mərkəzinin mətbuat katibi Maria Xose Sierra açıqlayıb.
DiasporPress.az