Ölkə

İşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı – RƏSMİ

İşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı – RƏSMİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb.

Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.

 

Diasporpress.az