Ölkə

İrlandiyada koronavirusun ikinci dalğası gözlənilir

İrlandiyada koronavirusun ikinci dalğası gözlənilirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiyada koronavirusun yeni ocaqlarının yaranma riski yüksəkdir.

Bu barədə “Irish Independent” xəbər yayıb.

“İnfeksiyanın yayılması virusun asimptomatik daşıyıcıları sayəsində tamamilə mümkündür”, – deyə, Meynut Universitetinin COVID-19-la bağlı baş məsləhətçisi Filip Nolan deyib.

Onun sözlərinə görə, karantin tədbirlərinin zəiflədiyi indiki şəraitdə yoluxanları və onların ünsiyyətdə olduğu şəxsləri daha tez aşkar etmək üçün insanların test edilmə tempini aşağı salmamaq lazımdır. Sosial məsafəyə əməl edilmə qaydası isə uzun müddət qalmalıdır.

Son sutka ərzində ölkədə yalnız səkkiz koronavirusa yeni yoluxma halı qeydə alınıb. Virusa yoluxanların ümumi sayı 25 min nəfərə çatıb. 1 691 xəstə ölüb.

 

DiasporPress.az