İranda koronavirusun qeydə alındığı ilk gündən bəri (19 fevral) sutka ərzində rekord sayda – 3 574 yoluxma halı qeydə alınıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib.
“Ötən sutka 3 574 nəfər koronavirusa yoluxub. Bununla İranda COVID-19-a yoluxanların ümumi sayı 164 270 nəfərə çatıb”, – deyə, K.Cahanpur söyləyib.
DiasporPress.az