İranda koronavirusdan ölənlərin sayı kəskin artıb

İranda koronavirusdan ölənlərin sayı kəskin artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari son sutka ərzində koronavirusa 2 449 yeni xəstənin yoluxduğunu və son məlumatlara görə, ölkədə COVID-19-a yoluxanların ümumi sayının 189 876 nəfərədək yüksəldiyini açıqlayıb.

Nazirliyin rəsmi nümayəndəsi son 24 saatda 113 nəfərin virusdan öldüyünü bildirib. Beləliklə, İranda koronavirus qurbanlarının ümumi sayı 8 950 nəfərə çatıb.

Xanım Larinin sözlərinə görə, COVID-19-a yoluxan xəstələrdən 2 765 nəfərin vəziyyəti ağır qiymətləndirilir və onlar reanimasiyaya yerləşdiriliblər.

İran Səhiyyə Nazirliyindən verilən məlumatda bildirilir ki, indiyədək xəstəlikdən 150 590 nəfər sağalıb.

Habelə bu günə qədər İranda 1 296 194 COVID-19 testi keçirilib.

Nazirlik rəsmisi Qərbi Azərbaycan, Hormozqan, Əhvaz, Kürdüstan, Sistan və Bəlucistan vilayətlərinin qırmızı kateqoriyaya daxil olduğunu qeyd edib.

 

DiasporPress.az