İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi koronavirusdan sağalıb.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə Səhiyyə naziri Səid Nəmaki bildirib.
Hərirçinin koronavirusa yoluxması fevralın sonunda, COVID-19-un yayılmasına həsr olunan press-konfrans zamanı tez-tez alnını dəsmalla siləndən sonra məlum olub.
Nəmaki xüsusi nümayəndəsi olaraq oan 300 nəfərlik heyətlə İranın şəhər ətrafı ərazi və qəsəbələrinə gedərək, koronavirusla mübarizəyə nəzarət etməsini tapşırıb.
DiasporPress.az