Dünya

İngiltərədə məscidlərin ərazisindən meyitxana kimi istifadə olunur

İngiltərədə məscidlərin ərazisindən meyitxana kimi istifadə olunurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada fəaliyyət göstərən məscidlərin ərazisi COVID-19 virusundan ölən şəxslərin meyitlərini yerləşdirmək üçün istifadə olunur.

Bu barədə “The Guardian” nəşri yazıb.

Uaytçepeldə yerləşən Şərqi London məscidinin park yeri koronavirus qurbanlarının meyitlərinin müvəqqəti yerləşdirilməsi üçün istifadəyə verilib.

Daha əvvəl isə Birminhem şəhərinin mərkəzi məscidi COVID-19-dan ölən şəxslərin cəsədlərinin müvəqqəti saxlanılması üçün istifadə edilib.

Şərqi London məscidi də yerli xəstəxanaların üzləşdiyi problemi qarşılamaq məqsədilə ərazisinin bir hissəsini meyitxanaya çevirib.

Pandemiyadan vəfat edən şəxslərin meyitlərinin qəbulu və dəfn olunmasında könüllülər iştirak edir.

Xatırladaq ki, Böyük Britaniyada 190 584 şəxsin COVID-19-a yoluxduğu aşkar olunub. 28 734 min xəstə virusun qurbanı olub.

 

DiasporPress.az