“200 minə yaxın şagird bir ay ərzində imtahanlarda iştirak edəcək”.
DiasporPress.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, çox mürəkkəb işdir:
“Hər həftəsonu təxminən 45 min abituriyent imtahanlarda iştirak edəcək. Bu prosesə hazırlıq işləri də mürəkkəb oldu. 1500-dən çox orta məktəbə baxış keçirilib”.
Sədr qeyd edib ki, iyun ayı ərzində 190 min abituriyent imtahanlarda iştirak etməlidir:
“11-ci sinif məzunu olan 94 min abituriyent buraxılış imtahanı verir. Eyni zamanda, 96 min doqquzuncu sinif məzunu imtahan verməlidir”.
DiasporPress.az