Ölkə

İmişlidə oğurluq edən şəxslər tutuldu

İmişlidə oğurluq edən şəxslər tutuldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, ötən ilin dekabr ayında İmişli rayon sakini M.Abbasov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, ona məxsus evdən qızıl-zinət əşyalarının və pullarının oğurlanması barədə məlumat verib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, E.Muradov 5 000 manat dəyərində qızıl-zinət əşyaları, 4000 manat pul və 650 ABŞ dolları oğurlamaqla, zərərçəkmişə 10000 manatdan artıq ziyan vurub.

Bundan başqa, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində 3000 manat dəyərində 2 baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakinləri Umud Umudlu və Qəzənfər Isaqlı saxlanılıb. Q.İsaqlı ilə bağlı davam etdirilən araşdırmalarla onun rayon ərazisindəkı market, bərbərxana və poçt köşkündən tütün məmulatları, danışıq kartları və televizor oğurlamaqla, vətəndaşlara 1400 manat dəyərində ziyan vurduğu da müəyyən edilib.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.