Futbol üzrə Almaniya Bundesliqası koronavirus pandemiyası ilə bağlı iki aylıq fasilədən sonra bərpa olunur.
DiasporPress.az xəbər verir ki, sabah Almaniyada XXVI turun oyunları keçiriləcək.
Oyunlar 16-18 may tarixlərində boş tribunalar önündə baş tutacaq.
Almaniya Bundesliqası
XXVI tur
16 may
(Bakı vaxtı ilə)
17:30 “Auqsburq” – “Volfsburq”
17:30 “Borusiya” (Dortmund) – “Şalke”
17:30 “Fortuna” – “Paderborn”
17:30 “Hofenhaym” – “Herta”
17:30 “Leypsiq” – “Frayburq”
20:30 “Ayntraxt” – “Borusiya” (Mönxenqladbax)
17 may
17:30 “Köln” – “Maynts”
20:00 “Union” – “Bayern”
18 may
22:30 “Verder” – “Bayer”
Qeyd edək ki, martın 13-də koronavirus səbəbindən dayandırılan Almaniya Bundesliqasının turnir cədvəlində hazırda “Bayern” 55 xalla birinci, Dortmund “Borusiya”sı 51 xalla ikinci, “Leypsiq” isə 50 xalla üçüncü yerdədir.