İbrahim Şehiç koronavirusa yoluxub

İbrahim Şehiç koronavirusa yoluxubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdamın “Qarabağ” klubunun sabiq qapıçısı, hazırda Türkiyənin “Ərzurumspor” klubunda çıxış edən İbrahim Şehiç koronavirusa yoluxub.

Türkiyənin “Sabah” qəzetinə məlumat verən “Ərzrumspor” klubunun baş məşqçisi Mehmet Özdilək Bosniya və herseqovinalı qapıçının da COVID-19 virusuna yoluxan futbolçular arasında olduğunu bildirib.

Ümumilikdə, klubun dörd oyunçusu, bir məşqçisi və altı texniki heyət işçisində virus aşkarlanıb.

Qeyd edək ki, İbrahim Şehiç “Qarabağ”da 2013-2018-ci illərdə çıxış edib.

 

DiasporPress.az