“Metronun açılması məsələsi hər zaman gündəmdədir və hazırda bu məsələ müzakirə olunur”.
DiasporPress.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, mayın 11-dək koronavirusa yoluxma tendensiyasının pozitiv və ya neqativ olmasından asılı olaraq, bu barədə qərar qəbul ediləcək.
DiasporPress.az