Adolf Hitlerin doğulduğu evdə polis bölməsi yerləşdiriləcək.
TASS xəbər verir ki, Avstriya hökuməti bu barədə qərar qəbul edib.
Braunau-am-İnn şəhərində yerləşən evin sahibinə hökumət 812 min avro (1,52 milyon manat) təzminat ödəyəcək.
Avstriyanın daxili işlər naziri Volfqanq Peşorinin sözlərinə görə, evin polis tərəfindən işlədilməsi onun nasional-sosializmlə əlaqəsini unutmağa xidmət edəcək.
Diasporpress.az