UFC üzrə dünya çempionu, rusiyalı Həbib Nurməhəmmədovun atası və məşqçisi, 57 yaşlı Abdulmanap Nurməhəmmədov Moskvadakı xəstəxanalardan birinə çatdırılıb.
Bu barədə Rusiya mətbuatı ailənin dostu Ubaydula Osmanova istinadən məlumat yayıb.
“Mayın 3-də mənə yaxın qohumları zəng etdi, dedi ki, qəfil özünü pis hiss etdiyi üçün xüsusi reyslə Moskvaya çatdırılıb. Ehtimal ki, ürəyində problemlər olub”, – deyə U.Osmanov bildirib.
DiasporPress.az