Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 3-də saat 17 radələrində Hacıqabul rayonunun Qubalı kəndi ərazisində kənd sakini Əmir Həşimov idarə etdiyi “UAZ-469” markalı avtomobili aşırıb.
Nəticədə, sürücü hadisə yerində ölüb, sərnişini olan oğlu S.Həşimov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.
DiasporPress.az