Ölkə

Gürcüstanın dövlət naziri azərbaycanlıların müdafiəsinə qalxıb

Gürcüstanın dövlət naziri azərbaycanlıların müdafiəsinə qalxıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sosial şəbəkələrdə və ya istənilən digər məkanda diskriminativ və təhqiramiz şərh və bəyanatlar tamamilə yolverilməzdir”.

NewsBureau xəbər verir ki, bu barədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili bildirib.

Onun sözlərinə görə, bu cür hallar Gürcüstan cəmiyyətinə qarşı yönəlib:

“Əminəm ki, cəmiyyət də anlayır ki, ictimaiyyətdə münasibətlərin gərginləşdirilməsinə yönələn bu cür cəhdlər heç bir nəticə verməyəcək. Ciddi qlobal pandemiya problemi fonunda gözəgörünməz düşmənlə uğurla mübarizə aparmaq üçün birlik və qarşılıqlı dəstək bizə xüsusilə lazımdır”.

Dövlət naziri qeyd edib ki, Gürcüstanın bütün bölgələrində etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq hər bir həmvətəndaşın həyat və sağlamlığı eyni səviyyədə prioritet məsələdir: “Gürcüstanın bütün vətəndaşları bərabərdir. Etnik müxtəliflik ölkəmizin unikal xəzinəsi olub və bundan sonra da olacaq”.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə Gürcüstanda sosial şəbəkələrdə yerli azərbaycanlı vətəndaşlara qarşı təhqiramiz fikir və şərhlər geniş yayılıb.

 

İnterpress.az