Gürcüstanda böyük ticarət mərkəzləri və restoranlar fəaliyyətə başlayır

Gürcüstanda böyük ticarət mərkəzləri və restoranlar fəaliyyətə başlayırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hökuməti iyunun 1-dən etibarən böyük ticarət mərkəzlərini açmaq qərarına gəlib.

TASS-ın verdiyi məlumata görə, bu barədə çərşənbə günü Gürcüstanın Baş naziri Giorgi Qaxaria koronavirus infeksiyası ilə mübarizə üzrə idarələrarası koordinasiya şurasının növbəti iclasında bildirib.

“Bazar ertəsi, 1 iyun tarixindən etibarən bütün mağazalar, o cümlədən böyük ticarət mərkəzləri, eləcə də bütün açıq və qapalı bazarlar, restoranlar fəaliyyətə başlayacaq”, – deyə o, qeyd edib.

Baş nazir əlavə edib ki, iyunun 8-dən etibarən Gürcüstanda Səhiyyə Nazirliyinin yoxlanışından keçən bütün restoranlar, hotellər, eləcə də şəhərlərarası nəqliyyat fəaliyyətə başlayacaq.

Onun sözlərinə görə, səlahiyyətlilər bu qərarı ölkədə koronavirusun yayılmasının nəzarət altına alınması ilə qəbul edib.

 

DiasporPress.az