Ölkə

Gürcüstan DTX: “Ölkədə azərbaycanlılarla gürcülər arasında konflikt yaratmağa çalışırlar”

Gürcüstan DTX: “Ölkədə azərbaycanlılarla gürcülər arasında konflikt yaratmağa çalışırlar”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda bəzi qruplar ölkənin müəyyən bölgələrində azərbaycanlılarla gürcülər arasında konflikt yaratmaq istəyirlər.

“Eadaily” bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) istinadla xəbər yazıb.

Belə hallara Kvemo Kartli və Kaxetiyada rast gəlindiyi bildirilir:

“Bir qrup şəxslər hər iki tərəfdə milli şərəf və ləyaqəti təhqir edən ifadələr və hərəkətlərə səbəb olan yanlış və təcavüzkar müraciətlər yayaraq, gürcü və Azərbaycan əsilli vətəndaşlar arasında parçalanma yaratmağa çalışırlar. Bu insanlar ümid edirlər ki, bu hərəkətlər etnik zəmində insan hüquqlarının qanunsuz şəkildə pozulmasına səbəb olacaq”.

 

DiasporPress.az