Gürcüstan müntəzəm beynəlxalq uçuşlarda məhdudiyyətləri iyulun 31-dək uzadıb.
“Sputnik Gürcüstan” bu barədə ölkənin Mülki Aviasiya Agentliyinin açıqlamasına istinadla məlumat yayıb.
Koronavirus pandemiyası səbəbindən ölkə martın 21-dən etibarən bütün istiqamətlərdə hava nəqliyyatını tamamilə dayandırmışdı. Səlahiyyətlilər iyulun 1-dən sərhədləri xarici turistlərə açmağı planlaşdırırdılar.
Bildirilir ki, mütəmadi uçuşların bərpa edilməsi barədə qərar Gürcüstanda və dünyada epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək.
DiasporPress.az