Türkiyədə yaşayıb, orada müğənnilik fəaliyyətini uğurla davam etdirən Günel Zeynalova imicini dəyişib.
DiasporPress.az xəbər verir ki, sənətçi xarici görünüşünü yeniləmək üçün qəhvəyi rəngli saçlarını sarıya boyayıb.
Yeni obrazını tamaşaçılara sərgiləmək üçün Günel kamera önünə keçib.
Fotolarını sosial media hesabında bölüşən müğənninin yeni imici bəyənilməyib.
İzləyicilər “Saçlarınız yanıb”, “Saç rənginizi bəyənmədik”, “Təbii saç və gözləriniz daha yaxşı idi. Linzalara nə ehtiyac var idi?” kimi rəylər yazaraq, G.Zeynalovanı şərh yağışına tutublar.
Sənətçi onun ünvanına gələn tənqid dolu rəylərə heç bir reaksiya verməyib.