Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər.
Prezident İlham Əliyev görüşdə çıxış edib.