Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə şəhərin “Kərpic zavodu” adlanan ərazisində qeydə alınıb.
1980-ci il təvəllüdlü Ruslan Kərimov kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
40 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.
DiasporPress.az