Futbolçuların həyat yoldaşlarından qarşı tərəfə qeyri-etik təbrik – FOTO

Futbolçuların həyat yoldaşlarından qarşı tərəfə qeyri-etik təbrik – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Rostov” futbol klubunun qapıçısı Sergey Pesyakovun xanımı Kseniya qeyri-etik hərəkətlə “Soçi” komandasını təbrik edib.

Oxu.Az xəbər verir ki, o, orta barmağını göstərdiyi fotonu paylaşaraq “qalibləri təbrik edirik” yazıb.

“Rostov”un baş məşqçisi Valeri Karpinin xanımı Darya, futbolçular Aleksey İonov və Yeqor Baburinin həyat yoldaşları da bu aksiyaya qoşulub. Kseniya bunu “Instagram”da paylaşıb və “Soçi” klubunu da “tag” edib. Lakin o, sonradan həmin postu silib.

Qeyd edək ki, “Rostov”un altı futbolçusunda koronavirus aşkarlanıb. Bu səbəbdən Rostov klubunun rəhbərliyi Rusiya Premyer Liqasının XXIII turunun oyununun təxirə salınmasını xahiş edib. Lakin Soçi klubu oyunun təxirə salınmasına razı olmayıb. Nəticədə, “Rostov” meydana 2001-2004-cü il təvəllüdlü futbolçularla çıxıb və 1:10 hesabı ilə uduzub.