Fransanın Azərbaycandakı səfirliyi viza müraciətlərinin qəbulunu dayandırıb.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qros “Twitter”də bildirib.
“Parisdən gələn təlimata əsasən, yerli və qlobal olaraq vizaların verilməsi müvəqqəti olaraq dayandırıldı. COVID-19 böhranı bitdikdən sonra sizi Fransada qarşılamağa ümid edirik”, – deyə səfir qeyd edib.
DiasporPress.az