Azərbaycanın Parisdəki səfiri Rəhman Mustafayev Fransa xəbər agentliyi “Agence France Presse”in ( AFP) onunla müsahibəsini yayımlamadığını bildirib.
“Twitter” hesabında Mustafayev AFP və müsahibəsinin yayımlanmasını rədd edən (müxbir) Didier Laurasanı qınayıb:
“Bizə söz verməkdən və məqalələrimizi dərc etməkdən imtina edən Le Figaro və digər KİV-i qınayıram. Fransada söz azadlığı belə “işləyir”.
Səfir Laurasın ona və Olivier adlı birinə göndərdiyi məktubun şəklini də paylaşıb. Məktubda “Söhbətin məzmunu nəzərə alınaraq hesabat verməməyə qərar verdik. Adı çəkilən ittihamlar təsdiqlənmədi”, – deyə qeyd olunub.
Diasporpress.az